SON XƏBƏR

“Bu gün Azərbaycanda 4384 nəfər koronavirus testindən keçib” – TƏBİB

İyun 01
01:39 2020
Bu gün Azərbaycanda 4384 koronavirus testi keçirilib.

Bu barədə Tibbi Əraziləri Bölmalərini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 298 648 test keçirilib.

Reanimasiyada olan xəstə sayı 85, süni tənəffüs cihazında olan xəstə sayı 16-dır.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 5494, virusdan ölənlər 63, sağalan xəstə sayı 3428, aktiv xəstələrin sayı isə 2003 nəfərdir. /APA



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook