SON XƏBƏR

Bu gün Leyla Əliyevanın doğum günüdür

İyul 03
06:18 2020
Bu gün prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrədə və Böyük Britaniyada ali təhsilə yiyələnib.
 
2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistratura pilləsini bitirib.

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. O, 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı” jurnalının təsiscisi və baş redaktorudur.

2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.

2008-ci ilin may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 20 oktyabr 2015-ci ildə "Puşkin” medalı ilə təltif olunub.

Leyla Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı, şeirlər də yazır. Leyla Əliyevanın öz babası Heydər Əliyevə həsr etdiyi "Elegiya” şeiri orta məktəblərin 5-ci sinif ədəbiyyat dərsliklərinə salınıb.

Leyla Əliyeva 3 uşaq anasıdır. Onlar Mikayıl, Əli və Əminədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook