SON XƏBƏR

Bu gün olmasın, sabah osun, o, vəzifədən getməli olacaq - Politoloq

Avqust 10
14:10 2020
"Seçkidə külli miqdarda saxtakarlıqlar oldu”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Belarusda keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, bu, demokratiya uğrunda xalqın mübarizəsidir:

"Nəhayət Belarus xalqı da oyanıb, haqqını tələb edir. Seçki günü çox gərgin keçdi və gözlənilən kimi. Seçkidə külli miqdarda saxtakarlıqlar oldu. Yenə Lukaşenkoya 80% səs yazdılar, halbuki müstəqil müşahidəçilər qələbəni onun rəqibinə verdilər. Və seçki bitəndən sonra demək olar ki, bütün Belarus ayağa qalxdı. Polislərlə toqquşmalar oldu”.

Hikmət Hacızadə hesab edir ki, əsas nəticə xalqın oyanmasıdır:

"İnanıram ki, mübarizəni sona kimi davam etdirəcəklər. Etirazlar yatırılsa belə, mübarizə daha aktiv şəkildə davam edəcək. İnanıram ki, Lukaşenkonun zəngi çalınıb artıq. Bu gün olmasın, sabah osun, o, vəzifədən getməli olacaq. Belə hadisələr artıq bütün dünyada gedir. Venesueladan Rusiyanın uzaq şərqində olan Xabarovsk şəhərinə, Çinin Honq-Konquna qədər oxşar hadisələr görürük. Diktaturalar tarixə göndərilməlidir və tezliklə göndəriləcək”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook