SON XƏBƏR

Bu icra başçısı da vəzifəsindən çıxarılacaq - Kabinetini boşaltdığı deyilir

Noyabr 02
11:41 2019
Prezident İlham Əliyevin hökumətdə apardığı kadr islahatları davam etməkdədir. Oktyabr ayının 31-də Xaçmaz və Yevlax rayon icra hakimiyyətlərinin başçıları vəzifələrindən azad edilərək gənc kadrlarla əvəzləndi. 
 
Aparılan kadr islahatlarının daha da geniş miqyas alacağı, yaş senzindən əlavə olaraq, işlərində ciddi qüsurlara yol verən, adları zaman-zaman korrupsiyada hallanan icra başçıları da vəzifələrindən azad ediləcək.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə vəzifəsindən çıxarılacaq məmurlardan biri də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir. 
 
Səkkiz ildir ki, Füzuli rayonunun icra başçısı vəzifəsində çalışan Alı Alıyevin hazırda 64 yaşı var. 
 
Saytımızın əldə etdiyi digər məlumatda isə oktyabr ayının 25-də PA-nın məsul şəxsinin Füzuli rayonuna etdiyi səfərdən sonra yerli əhali arasında icra başçısının vəzifədən azad ediləcəyi xəbəri daha da sürətlənib. Hətta icra başçısının şəxsi əşyalarını kabinetindən apardığı deyilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook