SON XƏBƏR

Bu ölkədə “TikTok” və “WeChat” qadağan edildi

İyun 30
00:49 2020
Hindistan hökuməti ölkə ərazisində 59 mobil tətbiqin, o cümlədən "TikTok”, "UC Brauzer” brauzeri və Çinin sosial şəbəkəsi olan "WeChat” messencerinin istifadə edilməsinə qadağa qoyub.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Siyahıya Hindistanın suverenliyi və ərazi bütövlüyü, ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişi üçün zərərli tətbiqlər daxil edilib. Əsasən Çində hazırlanan tətbiqlər həm mobil, həm də digər cihazlarda da bloklanacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook