SON XƏBƏR

Bu ölkənin prezidenti koronavirusa yoluxdu

Sentyabr 19
09:47 2020
Qvatemala prezidenti Alehandro Cammattei koronavirusa yoluxub.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli radiostansiyalardan birinin efirində dövlət başçısının bəyanatına istinadən "Republica" qəzeti bildirib.

"Biz xalqa müraciətlə çıxış edəcəyik, çünki bir gün əvvəl verdiyim testin (koronavirus-red) nəticəsi müsbət oldu", - nəşr prezidentin sözünün sitat gətirib.

Cammattei bildirib ki, Qvatemala hökumətinin üzvləri koronavirus yoxlamasından keçiriləcəklər.

"Təkid etdim ki, hökumətin bir həftə ərzində mənimlə əlaqədə olmuş bütün üzvləri testlər versin ki, biz yeni yoluxmaların yoxluğunda əmin olaq”, - o bildirib: "Bundan sonra onların indiki rejimdə işləməyə davam etməli olacaqlarına və ya öz vəzifələrini distant icra etməli olacaqlarına qərar verəcəyik".

Cammattei əlavə edib ki, pandemiyanın başlanğıcından altıncı dəfə koronavirus testi verib.

Xatırladaq ki, daha əvvəl Braziliya, Honduras, Boliviya prezidentləri koronavirusa yoluxub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook