Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu
Aprel 21
03:23
2021
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) bir sıra ölkələrdəki epizootik vəziyyətlə bağlı məlumat yayıb.
AQTA-dan verilən məlumata görə, Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq, Finlandiyanın Qərbi Finlandiya, Rusiyanın Krasnodar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi aşkarlanıb.
Bundan başqa, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində aşağı patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində atların Afrika taun xəstəliyi, Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.