SON XƏBƏR

"Bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini sındıra bilməz" - İlham Əliyev

Oktyabr 17
10:40 2020
"Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq özü də əməliyyat-operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir və onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır. Demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır və bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır. 2 000-dən çox ev dağıdılıb ya da bu evlərə çox böyük ziyan vurulub. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook