SON XƏBƏR

Büdcə təşkilatı son model “Land Cruiser” aldı: 140 min manat xərclənib (FOTOLAR)

Yanvar 16
16:12 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi "Təhlükəli Tullantılar” MMC 1 ədəd "Toyota Land Cruiser 200” Premium sinifinə aid edilən avtomobilin alınmasına dair "Toyota-Bakı Mərkəzi” ilə tender müqaviləsi imzalayıb.

Finans.az-ın əldə etdiyi məlumata görə, bu satınalma müqabilində "Toyota-Bakı Mərkəzi”nə 139 750 manat ödəniləcək.

Xatırladaq ki, ötən ilin noyabr ayında Sumqayıt Dövlət Universiteti büdcə vəsaitləri hesabına "Toyota Abşeron Mərkəzi”ndən dəyəri 116 000 manat olan "Land Cruiser” avtomobili alıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook