SON XƏBƏR

Buşdan Konqresə hücuma reaksiya: Bu, banan respubliklarına yaraşır”

Yanvar 07
10:44 2021
Tramp tərəfdarlarının Konqres binasını ələ keçirməyə çalışdıqları Vaşinqtonda baş verən hadisələr qiyama bənzəyir və seçkilər belə üsullarla demokratik ölkələrdə deyil, banan respublikalarında yaşanır.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Corc Buş dilə gətirib və ABŞ-da seçkinin nəticələrinə görə bu cür hadisələrin baş verməsinə təəccübünü gizlədə bilməyib.

"Laura (Buş) və mən hökumətimizdə baş verən talanları kədərlə izlədik, bu, dəhşətli mənzərədir. Seçki nəticələrinə banan respublikasında bu cür meydan oxunur, bizim demokratik ölkəmizdə yox”, - Buş deyib və bu kimi hadisələrin ABŞ-ın nüfuzuna ciddi ziyan vura biləcəyini əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook