SON XƏBƏR

Üç yaşlı İncinin təcili olaraq yardıma ehtiyacı var - FOTO

Fevral 18
23:00 2021
İnci Cəlilinin tezliklə üç yaşı tamam olacaq. Ancaq ad günü hazırlıqları əvəzinə, qızın ailəsi qan xərçəngi ilə mübarizə aparmağa məcburdur.

İncinin anası Ləman Cəlilova Media.Az-ın redaksiyasına müraciət edərək, qızının müalicəsi məqsədilə lazımi vəsaitin toplanması üçün yardım istəyib.

"Kəskin lenfoblastik leykozun müalicəsinin mümkünlüyü bizim üçün təsəlliverici haldır. Düzdür, müalicə proseduru uzunmüddətli və bahalıdır. Növbəti 40 gündə təxminən 10 min manata ehtiyacımız olduğunu dedilər. Şəkidəki evimizi satışa qoyduq, dostlarımız və qohumlarımız müəyyən miqdarda pul toplamağımıza kömək etdilər, amma bu, kifayət deyil. Təəssüf ki, İncinin təcili müalicəyə ehtiyacı olduğundan çox az vaxtımız var. Qanının laxtalanma səviyyəsi çox aşağıdır, hər an qanaxma başlaya bilər.

Hər şey çox tez baş verdi. Sözün əsl mənasında, üç gün ərzində İncinin xərçəng xəstəsi olduğunu öyrəndik. Əşyalarımızı yığmadan təcili olaraq Bakıya yola düşdük. Burada pandemiya ilə bağlı müəyyən çətinliklərlə üzləşməli olduq. İnci kimi xəstələrin koronavirusa yoluxmağına qətiyyən yol vermək olmaz. Ona görə də İnci üçün ayrıca bir otaq tutmalı olduq. Bütün bu xidmətlər isə əlbəttə ki, ödənişlidir.

Həqiqətən də hər hansı bir dəstəyə ehtiyacımız var. Əgər səxavətli insanlar bizə kömək etsələr, bu dəhşətli xəstəliyi məğlub etmək üçün müalicəyə başlaya bilərik”, - deyə Ləman Cəlilova bildirib.
 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook