SON XƏBƏR

Öcalanın 53 metrlik abidəsi bombalandı - Video

Fevral 01
12:34 2018
Türkiyə hərbi-hava qüvvələri PKK lideri Abdullah Öcalanın Suriyanın Afrin bölgəsində inşa edilən abidəsini bombalayıb.

Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, pilotsuz uçuş aparatları (PUA) ilə vurulan abidə yerlə-yeksan edilib.

Xəbərdə o da qeyd olunur ki, üzərində Öcalanın portreti olan 53 metrlik beton abidə PKK yaraqlıları tərəfindən Darmık dağının yamacında inşa edilmişdi.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook