SON XƏBƏR

Cavid Paşayevin səhhəti Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb

İyul 09
14:24 2020
"Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin koronavirusa yoluxmuş müdiri Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”.

Bu barədə APA-ya TƏBİB-in şöbə müdiri Şükür Eyvazov məlumat verib.

O qeyd edib ki, hazırda C. Paşayevin səhhəti stabildir: "Hörmətli birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığıyla gündə bir neçə dəfə onun səhhətiylə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.
 
Qlobal.az 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook