Cenevrə görüşünün vaxtı niyə dəyişdirildi? - Rəsmi açıqlama
Oktyabr 29
15:46
2020
"Bu gün Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsdərləri ilə görüşü nəzərdə tutulmuşdu. Amma görüşün vaxtı dəyişdirilib”. Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Bərdədə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti məsələnin sülh prosesi ilə həll olmasında maraqlı deyillər: "Azərbaycan işğal altında olan torpaqlarını qaytarmaq üçün humanitar atəşkəsə razılıq verdi, amma onlar humanitar atəşkəsi bilərəkdən pozdular. Gördüyünüz kimi, dinc əhaliyə qarşı hücumlar həyata keçirib”.