"Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımırıq" - Gürcüstan XİN
Aprel 01
08:15
2020
Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri"ni tanımırıq".
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet saytında yerləşdirilmiş bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin tərəfdarıdır.