SON XƏBƏR

“Defense News”: ABŞ Konqresi məxfi surətdə Türkiyəyə silah satışını bloklayıb

Avqust 13
04:48 2020
ABŞ Konqresinin 4 əsas üzvü Türkiyəyə silah satışının ən az 2 illiyə dondurulmasına nail ola bilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Defense News” saytı məlumat yayıb. Saytın informasiyasına əsasən, Konqres üzvləri bununla Türkiyəni Rusiyadan S-400 raketlərini almaqdan vaz keçirməyə çalışıblar.

Hələ ki, potensial olaraq hansı satışların durdurulduğu bəlli deyil. Lakin ən azı iki çox mühüm müqavilənin təxirə salındığı qeyd olunur. Bunlar "F-16” qırıcı təyyarələrinin struktur modernləşdirilməsi, habelə Türkiyənin Pakistana 1,5 milyard dollar dəyərində satmağa planladığı helikopterlər üçün mühərriklərin hazırlanması layihəsidir.

Adətən Konqres hansısa dövlətə tank, təyyarə və gəmi kimi ağır silah sistemlərinin satışını dayandırdığı zaman burada əsas hədəf həmin ölkənin hərbi və siyasi rəhbərliyinin cəzalandırılmasından ibarət olur. Lakin satışın dondurulması Birləşmiş Ştatların 1978-ci ildən bu yana Türkiyəyə tətbiq etdiyi bir metod sayılır.

ABŞ Konqresinin Beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Cim Riş və Xarici işlər üzrə komitənin nüfuzlu üzvlərindən Mayk MakKol Türkiyəyə silah satışının dondurulması prosesinin aktiv iştirakçısı olduqlarını təsdiqləyiblər. Onlar bunun Türkiyənin Rusiyadan S-400 Raket əleyhinə müdafiə sistemlərini alması ilə bağlı olduğunu bildiriblər.

ABŞ Konqresində silah satışı məsələsi ənənəvi olaraq Beynəlxalq münasibətlər və Xarici işlər komitəsinin üzvlərindən ibarət olan "dörd künc” adlanan qeyri-rəsmi toplantılarında həll olunur. Burada parlament üzvləri Dövlət departamentinin hər hansı konkret xarici ölkəyə silah satmaqdan vaz keçirmək üçün mühüm kulis çalışmaları həyata keçirirlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook