SON XƏBƏR

Dəmiryolçunun oğlunun mənzil məsələsinə rəsmi münasibət

Oktyabr 08
11:21 2019
"Azərbaycan Dəmir Yolları” QSC təqaüddə ikən vəfat edən dəmiryolçunun oğlunun müraciətinə münasibət bildirib.

"Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, mərhum dəmiryolçu Eldar Həsən oğlu Nağdəliyevin oğlu Ceyhun Nağdəliyevin bəzi saytlar vasitəsilə müraciəti "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən araşdırılıb.

Araşdırma nəticəsində məlum olub ki, 1964-cü ildə Biləcəri Lokomativ Deposunda işə başlayan Eldar Nağdəliyev 1969-cu ildə mənzil növbəsinə dayanıb. O, 1977-ci il dekabrın 29-da 179021 nömrəli orderlə Biləcəridə 3 otaqlı mənzillə təmin olunub. 1993-cü ildə isə mərhum dəmiryolçu Eldar Nağdəliyev ailə tərkibinin artması ilə əlaqədar, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yenidən mənzil növbəsinə dayanıb. Öz arzusu ilə təqaüdə çıxan Eldar Nağdəliyevin mənzil növbəsi saxlanılmışdır. Lakin 2019-cu il martın 22-də Eldar Nağdəliyev vəfat etdiyindən Depo HİK RH-nin ilə depo rəhbərliyinin birgə iclasının 16 sentyabr 2019-cu il tarixli protokolunun qərarına əsasən mənzil növbəsindən çıxarılıb. Dəmiryolçunun ailə üzvlərindən heç birinin "Azərbaycan Dəmir Yolları” QSC-nin strukturunda işləmədiyi nəzərə alınaraq ailəni növbədə saxlamaq mümkün olmayıb. Belə ki, qanunvericiliyə əsasən iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook