SON XƏBƏR

Deputat: "Bu dili biz az sonra ermənilərə yenidən öyrədəcəyik..."

Fevral 18
11:44 2021
"Ermənilərə onsuz da Azərbaycan türkcəsini biz Bayraqdar müəllimin şapalağı vasitəsilə öyrətməliyik”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa Qarabağdakı ermənilərin rus dilini rəsmi dil olaraq qəbul etdiklərindən danışarkən deyib. Onun sözlərinə görə, bunu Rusiyanın rəğbətini qazanmaq və bizi də qıcıqlandırmaq məqsədilə edirlər:
 
"Belə çıxır ki, bunlar Azərbaycanın tam şəkildə tabeliyinə keçənədək artıq erməni dilində deyil, rus dilində bütün sənədləri yazacaqlar. Eləcə də bütün tədbirlərdə rus dilində danışacaqlar. Bizim üçün də yaxşı fürsət yaradıblar. Xüsusi xidmət orqanlarımız, ordu mənsublarımız hələlik indiki "rəsmi dilə” hörmət göstərmədiklərinə görə ermənicə danışan hər kəsi cəzalandırmağa başlayacaq. Ermənilər artıq öz dillərini rus dilindən aşağı statusda görürlərsə, demək ki, az sonra bu presedenti Azərbaycan türkcəsini rəsmi dil olaraq qəbul edəndə də təkrarlamağa məcbur olacaqlar. Rəsmi hansı dildə danışırlar danışsınlar, qeyri-rəsmi danışacaqları dili biz az sonra onlara yenidən öyrədəcəyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook