SON XƏBƏR

Deputat: "İnsanlara üzməyi öyrətməliyik"

Avqust 06
10:34 2019
"Ölkədə dövlət büdcəsindən ayrılan vəsait hesabına uşaqlar üçün üzgüçülük hovuzları tikilməlidir”.

Modern.az xəbər verir ki, bu barədə təklifi deputat Fazil Mustafa irəli sürüb. O qeyd edib ki, dövlət hesabına tikilməli üzgüçülük hovuzlarında uşaqlar ödənişsiz olaraq üzməyi öyrənməlidirlər:

"Dənizin sahilində olan dövlətin vətəndaşları Monqolustandakı kimi dənizə laqeyd qala bilməz ki... Uşaqlıqda öyrənməyəndə sonralar daha çətin olur. Yüz xilasedici yığ sahilə, bununla problem çözülməz. İnsanlara üzməyi öyrətməliyik.

Hər gün dənizdən ölüm xəbəri eşidəndə nəticə çıxarmamağımız adamı daha çox üzür. Rusiyada uşaqların əksəriyyəti erkən yaşlardan suya alışdırılır. Biz bu məsələdə də hədsiz bilgisiz və biganəyik”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook