SON XƏBƏR

Deputat: “Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil”

Aprel 02
11:49 2021
"Tez-tez mətbuatda qazilərimizin ciddi və düzgün şikayətlərini eşidirik. Bizim Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil. Qazilər rayondan bura gəlirlər, onlara bir resept yazırlar ki, get özün al”.
"Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bəzi qazilər ordudan hələ təxris edilməyib:

"Guya ki, onların təzədən gözü bitəcək. Daxili İşlər Nazirliyinin Hospitalı var. Onların əməkdaşları oradakı xidmətdən yüksək səviyyədə yararlanır. Niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsi ilə məşğul olmur? Niyə onlara pulsuz dərmanlar vermir? YAŞAT Fondu sağ olsun, bizim qazilərimizi xaricə müalicəyə göndərir. Xahiş edirəm, müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook