SON XƏBƏR

Deputatdan yenilik - Ad günü münasibətilə onu təbrik edənlərin siyahısını yaydı (FOTO)

İyul 04
09:56 2020
Milli Məclisin deputatı Aydın Mirzəzadə feysbuk səhifəsində maraqlı paylaşım edib. 
 
Qlobal.az xəbər verir ki, dünən 63 yaşını qeyd edən deputat onu təbrik edən vəzifəli və ictimaiyyətdə tanınan şəxslərin siyahısını yayıb. 
 
Ölkənin indiki dönəmində, koronavirus pandemiyasının yayıldığı, iqtisadiyyatın çökdüyü, sosial problemlərin çoxaldığı bir vaxtda deputatın onu əbrik edənlərin siyahısını tutub sosial şəbəkədə paylaşım etməsi ciddi müzakirə mövzusuna çevrilib. 
 
Deputatı belə mənasız işə vaxt ayırdığına görə qınayayanlarla yanaşı, təqdir edənlər də olub.
 
Qeyd edək ki, A. Mirzəzadənin yaydığı siyahıda 570 şəxsin təbriki yer alır.
 
Xatırladaq ki, A. Mirzəzadə 25 ildir deputatdır. O eyni zamanda YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışır. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook