SON XƏBƏR

Diaspora Komitəsi azərbaycanlıları Qarabağla bağlı mitinqdə iştirak etməyə çağırdı – BƏYANAT

Fevral 22
16:07 2019
Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciət edib.

Trend-in məlumatına görə, Komitə xaricdə yaşayan soydaşlarımızı fevralın 23-də Brüsseldə Ümumavropa Qarabağ mitinqində iştirak etməyə çağırır.

Müraciətdə qeyd olunur: "Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar.

Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Mitinq zamanı yüzlərlə soydaşımız "Azərbaycan sülh istəyir!”, "Qarabağa geri qayıtmaq istəyirik!” "Xocalıya ədalət!”, "Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Əziz soydaşlarımız, sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq.

Dəyərli həmvətənlərimiz, bu həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook