SON XƏBƏR

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil”

Fevral 19
12:10 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşü zamanı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda "hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Humanitar Araşdırmalar Mərkəzinin rəhbəri Əvəz Həsənov bildirib ki, ümumilikdə münaqişənin həlli üçün humanitar məsələlərin həlli önə çəkilməlidir:

"Bu müddət ərzində biz dəfələrlə beynəlxalq platformalarda bu barədə məsələ qaldırmışıq, Ermənistan tərəfinə müraciətlər etmişik. Əfsuslar olsun ki, Ermənistan hökuməti beynəlxalq qanunvericiliyin tələblərinə məhəl qoymur.

Amma münaqişənin həlli üçün humanitar məsələlərin həlli önə çəkilsə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması reallaşar. Hazırda Ermənistan tərəfi danışıqlar prosesinin ləngidilməsinin lehinədir. Gedişat onlara sərf edir deyə, danışıqlar prosesini uzatmağa çalışırlar. Ancaq Ermənistan nə qədər passivlik nümayiş etdirsə də, humanitar məsələlərin həllinə təhrik ediləcəklər”.

Ə.Həsənov qeyd edib ki, Rusiyanın özü hansısa ikinci dərəcəli addımların atılmasında maraqlıdır:

"İkinci addımlar atılacaq ki, danışıqlar prosesini tezləşdirəcəklər sonra atılsın. Ermənistan tərəfi danışıqlardan qaçdıqca, bir o qədər də humanitar məsələlərin həllinə təhrik olunması məsələləri artacaq. Ona görə mən inanıram ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması elə də çətin məsələ deyil. Girovların azad olunması ilə bağlı Ermənistan tərəfinə təzyiqlərin artırılması ilə bu, mümkündür”.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook