SON XƏBƏR

DİN əhaliyə xəbərdarlıq etdi

Oktyabr 21
18:19 2020
Oktyabrın 21-də Daxiliyi İşlər Nazirliyi yenidən əhaliyə müraciət edib. 

Müraciətdə bildirilib ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək. 

"Qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin "102” Xidməti Zəng Mərkəzinə məlumat verilməlidir”, - DİN bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook