SON XƏBƏR

DTX rəisi Əli Nağıyevlə İlham İsmayılın 28 il öncəki əməliyyat videosu yayıldı - VİDEO

İyun 27
01:10 2019
Sosial şəbəkələrdə hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan Əli Nağıyevin Dağlıq Qarabağda gedən döyüşlərdə iştirakını özündə əks etdirən videogörüntü yayılıb. 

Ə. Nağıyev MTN Xüsusi təyinatlılarının əməkdaşı kimi 1991 -ci il Goranboy - Xanlar əməliyyatlarında iştirak edib. Videodan təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyyatda olan polkovnik-letenant İlham İsmayılı da görmək olur. 

Xatırladaq ki, bir neçə gün öncə İlham İsmayıl Əli Nağıyevin DTX rəsi təyinatına münasibət bildirərkən vaxtilə onunla cəbhədə çiyin-çiyinə döyüşdüyünü bildirmişdi...

Xatırladaq ki, indi oxuculara təqdim edilən videonu keçmiş MTN zabiti, "Trend" İnformasiya Agentliyinin əsas simalarından olan Arzu Nağıyev "YouTube"a yerləşdirib...


Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook