SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Əhali bu banklardan pullarını geri ala biləcək

Sentyabr 24
11:47 2019
"Gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər".

Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib. 

O bildirib ki, yəni, müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq:

"Belə ki, Əmanətləri Sığortalaması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib. Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib.

Qeyd edim ki, indiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq.
 
Həmçinin bildirim ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmirdi. Yeni razılaşmaya əsasən, müflis elan olunan banklarda ümumi məbləği 10 min dollardan çox olmayan və qorunmayan depozitlər Əmanətləri Sığortalaması Fondu tərəfindən geri qaytarılacaq.

Bu o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa, o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq".

V.Bayramov əlavə edib ki, CESD (İqtisadi və Sosial İnkişaf Mərkəzi) differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook