Əhalidən və bələdiyyələrdən torpaqlar satın alınacaq
Yanvar 17
11:06
2020
"Ələt-Astara dəmiryolu xəttinin bərpası erkən müzakirələr mərhələsindədir".
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib.
"Hazırda Ələt-Astara dəmiryolu xəttinin bərpası çərçivəsində tələb olunacaq texniki tədqiqatların və qiymətləndirmələrin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan hökuməti və bu layihədə maraqlı olan digər tərəflərlə müzakirələrin çox erkən mərhələsindəyik", - deyə nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, bundan əvvəldə Dünya Bankı və "Azərbaycan Dəmir Yolları" QSC arasında bankın bu layihədə iştirakı müzakirə olunub. Hazırda "Şimal-Cənub" layihəsinin bir hissəsi olan Ələt-Astara dəmiryolu xəttinin bərpa işləri davam edir.