SON XƏBƏR

Əhmədzadənin bu ilki “Ruzi”si – Və ya Yaşar Allahverdiyev kimdir?

Mart 27
12:55 2020
Necə olur ki, ancaq "Ruzi”MMC Əhməd Əhmədzadənin rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli, gözdən üzaq qurumların elan etdiyi tenderlərin qalibi olur?..

Prezidenti İlham Əliyev martın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bir çox sosial yönlü məsələlər müzakirə edildi.Sözügedən görüş dövrü mətbuatda və sosial şəbəkələrdə bu gün də geniş müzakirə olumaqdadır. Ölkə başçısının görülmüş işlərlə yanaşı,görüləcək işlərin müzakirəsi zamanı toxunduğu ən aktual məsələlərdən biri də qeyri-formal məşğulluqun aradan qaldırılması ilə bağlıdır. Qeyd edək ki,qeyri-formal məşğulluğa hazırda daha çox özəl sektorda yol verilir.İşəgötürən şirkətlər tərəfindən əmək müqavilələrinin bağlanmaması sahibkarların vergilərdən yayınmasına gətirib çıxarır ki, bu da ölkə iqtisadiyyatına təsirsiz ötüşmür. Bəs qeyd olunan qeyri-formal məşğulluq iqtisadiyyatın ən çox hansı sahələrində baş verir?

Aktualinfo.org bir müddət öncə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı, rayonlarda yerləşən qurumlar tərəfindən elan olunmuş bir çox tenderlərin keçirilməsi prosedurunda ciddi qanun pozuntularına yol verilməsi barədə məqalə yaymışdı. Ötən il sözügedən cəmiyyətə tabeli qurumların elan etdiyi tenderlərdə qalib kimi daha çox "İmpeks N” MMC-nin adı keçirdisə,bu ilin başlanğıcından Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələr "Ruzi” MMC ilə işbirliyinə başlayıblar. Bu da görünür "İmpeks N” MMC-nin bir il ərzində yüzlərlə tenderin qalibi olduğunu dövrü mətbuat tez-tez hallandırması ilə bağlı oldu. Qeyd edək ki, səhmdar cəmiyyətin yerli qurumları 29.01.2020-ci ildən 20.02 2020 ci ilə qədər "Rüzi” MMC ilə 29 müqavilə bağlamışlar və biz ötən məqalələrdə bu barədə məlumat yaymışdıq. İndi isə 20.02.2020 ci ildən sonra bağlanan müqavilələrə diqqət yetirək.

26.02.2020-ci ildə 2020-ci il cari təmir üçün ehtiyat hissələrinin satın alınması üzrə Saatlı Suvarma Sistemləri İdarəsi ilə 104788.2 manat dəyərində müqavilə bağlanmışdır.

27.02.2020 ci ildə təmir işləri üçün tikinti materiallarının satınalınması üzrə Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi ilə 240979.08 manat,maşın mexanizim, nəqliyyat vasitələri,hifrotexniki qurğular üçün ehtiyyat hissələri və digər mal-matrealların satınalınması üzrə isə 242579.97 manat, təmir tikinti üçün tikinti materialının satınalması üzrə Baş-Şirvan Kollektorunun İstismarı İdarəsi ilə 242081.32 manat,Maşın mexanizm,nəqliyyat vasitələri və mexaniki avadanlıqlar üçün ehtiyyat hissələrinin satınalmaları üzrə isə 232650.58 manat məbləğində müqavilə bağlanmışdır.

Maşın-mexanizmlər, mexaniki avadanlıq və nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələrinin satınalmaları üzrə İmişli Suvarma Sistemləri ilə 245666.86 manat, maşın-mexanizm, nəqliyyat vasitələri, hidrotexniki qurğular üçün ehtiyat hissələrinin və digər mal-materialların satınalınması üzrə Hacıqabul Suvarma Sistemləri İdarəsi ilə 231370.86 manat məbləğində müqavilə bağlanmışdır.

28.02.2020-ci ildə Təmir işləri üçün materialların satınalınması üzrə Hacıqabul Suvarma Sistemləri İdarəsi ilə 138469.9 manat dəyərində müqavilə bağlanmışdır.

02.03.2020 cari təmir işləri üçün ehtiyyat hissələri, mal-material ,mexaniki və elektrik avadanlıqlarının satrınalınması üzrə Tərtər Subartezian Quyularının İstismarı İdarəsi ilə 281067 manat dəyərində müqavilə bağlanmışdır.

04.03.2020-ci ildə Subartezian nasoslarının ehtiyat hissələrinin satın alınması üzrə Samux rayon Suvarma Sistemləri İdarəsi ilə 239720.16 manat,nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 94300.01 manat,tikinti materiallarının satın alınması üzrə isə 113339.98 manat dəyərində müqavilə bağlanmışdır.

05.03 2020-ci ildə maşın-mexanizmlərin ehtiyyat hissələrinin satın alınması üzrə Beyləqan Meliorasiya İdarəsi ilə 224999.73 manat,əsaslı və cari təmir işlərində istifadə ediləcək mal-materialların satın alınması üzrə isə 140000.27 manat dəyərindən müqavilə bağlanmışdır .

10.03. 2020-ci ildə tikinti materiallarının satınalınması üzrə Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsi ilə 275419.67 manat, nəqliyyat vastələri, mexaniki və elektirik avadanlıqlarının satınalınması üzrə isə 165305 manat dəyərində müqavilə bağlanmışdır.

Elə həmin tarixdə tikinti materiallarının satın alınması üzrə Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi ilə 119850.83 manat,maşın-mexanizmlər və nasoslar üçün ehtiyat hissələrinin satın alınması üzrə isə 271581.84 manat məbləğində müqavilə bağlanmışdır.

13.03.2020-ci ildə maşın-mexanizmlərin ehtiyat hissələrinin satın alınması üzrə Xocavənd Suvarma Sistemləri İdarəsi ilə 46457.06 manat, cari təmir işlərində istifadə ediləcək mal-materialların satın alınması üzrə isə 18688.51 manat dəyərində müqavilə bağlanmışdır.

14.03 2020-ci ildə maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması üzrə Şəmkir rayon Suvarma Sistemləri İdarəsi ilə 254882.36 manat dəyərində müqavilə bağlanmışdır

17.03.2020-ci ildə maşın-mexanizm,nəqliyyat vasitələri,hidrotexniki qurğular üçün ehtiyyat hissələrinin və digər mal-materialların satın alınması üzrə Hacıqabul Suvarma Sistemləri İdarəsi ilə 231370.86 manat dəyərində daha bir müqavilə bağlanmışdır.

18.03.2020-ci ildə maşın və mexanizmlər, mexaniki avadanlıq və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması üzrə İmişli Suvarma Sistemləri ilə 245666.86 manat dəyərində müqavilə bağlanılmışdı.

Elanlardan da göründüyü kimi, dövlət sifarişlərinin hərəsi bir rayondan verilib.Burada satınalmalar haqqında qanunu heç bir tələbinə riayət olunmadığı açıq aydın görsənir. Nizamnamə kapitalı 10 manat olan,heç bir maddi-texniki bazası olmayan "Ruzi”MMC-nin bu işləri reallaşdırması necə baş verir? Eyni anda ayrı-ayrı rayonlarda həm təmir işləri aparmaq,həm də maşın mexanizmləri üçün ehtiyyat hissələri üzrə sifarişləri həyata keçirmək üçün MMC-nin ixtisaslaşdırılmış işçi qrupu varmı?Onların əmək müqaviləsi varmı və nə qədər əmək haqqı alırlar?Şübhəsiz bunların heç biri yoxdur.Bəs şirkət bu işləri necə həyata keçirir?

Təbii ki, qalib elan olunduqdan bir müddət sonra işin icrasına başlamaq üçün MMC-nin hesabına pul köçürülür.Prezident İlham Əliyevin ifadə etdiyi qeyri-formal məşğulluq da məhz buradan sonra başlayır. Qeyd edək ki, görülən işlərə sərf olunacaq vəsaitin qədəri əvvəlcədən hər iki tərəfə, sifarişçıyə də, icraçıya da çox yaxşı məlum olur.İcraçı təmir işlərinin aparılması üçün rayon yerlərində gündəlik pulla işləyənlərlə heç bir müqavilə bağlanılmadan fəhlə briqadası təşkil edir. Burada lazım olan texniki avadanlıqlar daş kəsən mişar,qaynaq aparatı,laqonda və sailr kimi tikintidə lazım olan avadanlıqlar fəhlələrin özlərinin olur. MMC rəhbəri heç bir müqavilə bağlamadan fəhlələrə günü 10 manat, ustalara 20-25 manat pul verir. Yükdaşımaları üçün lazım olan avtomobillər də gündəlik icarəyə götürülür. Nəticədə görülən işlərə cüzi xərclər çəkilir. Lakin gizlin tərtib olunan sənədlərdə külli miqdarda xərc çəkildiyi göstərilir. Ayrlmış əsas vəsaitin əlli faizi işə sərf olunursa,yerdə qalanı isə bir neçə nəfər arasında bölüşdürülür.

Göründüyü kimi "Ruzi”MMC son iki ayda qalib elan olunduğu tenderlər yolu ilə milyonlarla dövlət vəsaitini yüxarıda göstərdiyimiz üsullarla həyata keçirməklə dövlətə külli miqdarda ziyan vuracaq. Buna şərait yaradan isə əlbəttə sifarçi təşkilat, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir. Ötən yazıda qeyd etdiyimiz kimi,MMC-nin bir neçə rayonda dövlət sifarişlərinin alması ancaq yuxarıların göstərişləri ilə ola bilər.Bu da şox güman ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin göstərişləri ilə həyata keçirilir.



Qeyd edək ki, Vergilər Nazirliyi Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə "RUZİ” MMC Xocavənd rayon Vergilər İdarəsində 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xocavənd şəhəri, qanuni təmsilçisi Piriyev Teymur Bünyad oğlu göstərilir. Lakin MMC-ni idarə edən tamam başqa şəxslərdir. Aktualinfo.org-un əldə etdiyi məlumatlarda MMC-nin Yaşar Allahverdiyev adlı şəxs tərəfindən idarə olunduğu bildirilir. Bəs bu Yaşar Allahverdiyev kimdir? Məlumatlara görə 1990-cı illərdə Salyan İstehsalat Kombinatında ayaqqabı sexində sex rəisi, kombinatın nəzdində "Şimşək” şirkətinin direktoru olub. Daha sonra Salyan Rayon İcra Hakimiyyətində böyük inspektor vəzifəsində çalışmış Yaşar Allahverdiyev həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Hazırda sahibkarlıq fəaliyyətini genişləndirmiş Yaşar Allahverdiyev bölgənin ən imkanlı şəxslərindən hesab olunur. İki ay ərzində 50-dən çox tenderin qalibi olması isə onun işgüzarlığından daha çox Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə yaxınlığından xəbər verir. 2002-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq heç bir dövlət sifarişi həyata keçirməmiş bir MMC-nin birdən-birə 50-dən çox tenderin qalibi olması şübhəli deyilmi? Həm də başqa heç bir qurumla deyil, ancaq Əhməd Əhmədzadənin rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli, gözdən üzaq qurumların elan etdiyi tenderlərin qalibi olursa.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook