SON XƏBƏR

Eks XİN şefi İlham Əliyevin Zəngəzur fikrini şərh etdi

Aprel 21
13:45 2021
"Bu, 10 noyabrda təsdiq olunmuş öhdəlikdir. Bu baxımdan öhdəliyin həyata keçirilməsində Azərbaycan israrlı olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də, zorla həll edəcəyik” fikirlərini şərh edərkən deyib. Onun fikrincə, Rusiya bu prosesdə Azərbaycana dəstək verəcək:

"3 tərəfli bəyanata qol çəkən ölkələrə gəlincə, hesab edirəm ki, Rusiya bu məsələdə Azərbaycana dəstək verəcək. Çünki Rusiya da öhdəliyin həyata keçirilməsi üçün bir qol çəkən tərəf kimi maraqlıdır. İkincisi, iqtisadi baxımdan Rusiya üçün bu layihənin həyata keçirilməsi çox vacibdir. Ona görə də hesab edirəm ki, həm Azərbaycan, həm də Rusiya bu məsələdə israrlı olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook