SON XƏBƏR

Ekspert: “Maska ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verməlidir”

Fevral 24
15:22 2020
Bakı apteklərində tibbi maskaların tapılmaması ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verməlidir.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla Azərbaycanda apteklərdə tibbi maskaların tapılmaması ilə bağlı yayılan məlumatı şərh edərkən deyib. Onun sözlərinə görə, koronavirusdan qorunmağın yollarından biri tibbi maskaların taxılması və əllərin yuyulmasıdır:

"Azərbaycanda böyük dərman şirkətləri var. Dərman preparatları Azərbaycana həmin şirkətlər vasitəsi ilə gətirilir. Dərman Azərbaycanda monopoliyadadır.
 
Səhiyyə Nazirliyi məsələyə aydınlıq gətirməlidir. Cavab verməlidir ki, tibbi maskalar Azərbaycana hardan və necə gətirilir? Əslində dövlət özü bu tədbirləri görməlidir. Vətəndaş bu tədbirlərin faydasını özndə hiss etməlidir. İnfeksiya hava, damcı yolu ilə yayılır. Virusdan qorunmağın bir yolu maskaların taxılması və əllərin yuyulmasıdır”.

Qeyd edək ki, 3 gündür, Bakı apteklərində virus əleyhinə istifadə olunan tibbi maskalar tapılmır. Bəzi yerlərdə isə 10 qəpiyə satılan tibbi maskaların qiyməti bahalaşaraq 30-50 qəpik arasında olub və limitlə satılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook