SON XƏBƏR

Əli Abbasov Ramiz Mehdiyevə təşəkkür etdi

Mart 10
10:49 2020
AMEA Rəyasət Heyətinin qərarı ilə akademik Əli Abbasov "Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. "Qafqazinfo” xəbər verir ki, o, bu gün AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən tədbirdə kollektivə təqdim olunub.

AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Ə. Abbasovu kollektivə təqdim edərək alimin elmi, elmi-təşkilati, ictimai-siyasi və pedaqoji fəaliyyətindən danışıb.

Bildirib ki, YT Parkın fəaliyyəti Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil edir və AMEA Rəyasət Heyəti bu qurumun rəhbərliyinin və kollektivinin elmi-innovativ fəaliyyətlə bağlı bütün təşəbbüslərini dəstəkləməyə hazırdır.

Tədbirdə çıxış edən akademik Əli Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Rəyasət Heyətinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Əli Abbasov 2014-2015-ci illərdə Rabitə və Yüksək Texnologiyalar naziri olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook