Əli Əhmədov: "5-10 il əvvəl əkilən ağacların böyüyərək fayda verməsini görəndə sevinirik"
İyul 05
12:39
2019
"Ekoloji problemlər bəşəriyyəti düşündürən problemlərdəndir. İnsanların yaşaması üçün əlverişli şərait yaratmaq əsas məsələlərdəndir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi bu istiqamətdə işlər həyata keçirilir, parklar salınır, su mənbələri çirklənmədən qorunur".
Bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planının təqdimat mərasimində deyib.