SON XƏBƏR

Əli Əsədov Livana maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb

Avqust 06
07:29 2020
Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.

Qlobal.az xəbər verir ki, sərəncama əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1000000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook