SON XƏBƏR

Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

May 20
10:02 2020
Bir neçə gün əvvəl saxlanılmış Xalq Cəbhəsi Partiyasının üzvü Səid Məmmədzadə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Bu barədə saxlanılan şəxsin evinə zəng edən Bakının Xətai rayon polis idarəsinin əməkdaşı onun anasına bildirib.

DİN-in mətbuat katibi Ehsan Zahidov Turan-a bildirib ki, Səid Məmmədzadə öz maşın yuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.

DİN nümayəndəsinin iddiasına görə, Məmmədzadə əvvəllər insan oğurluğuna görə, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.

Hazırda ona qarşı 221.3-cü maddə ilə xuliqanlıq ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilib.

Öz növbəsində, Xalq Cəbhəsi Partiyası cinayət işinin saxtalaşdırıldığını və Məmmədzadənin təqibinin siyasi motivli olduğunu bəyan edib.

O, ictimai tədbirlərdə AXCP lideri Əli Kərimlinin cangüdənlərindən biri olub. Partiya onun təqib olunmasının səbəbinin də bu olduğunu iddia edir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook