SON XƏBƏR

Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO

İyul 15
18:55 2019
Azərbaycanın səhiyyə sistemində korrupsiya və rüşvət faktorunun olması artıq danımaz faktora çevrilib. Hər il dövlət büdcəsindən səhiyyə müəssisələrinə milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, hələ də bu sahədə acınacaqlı vəziyyət hökm sürməkdədir. 

Rüşvətin tüğyan etdiyi, insanların kütləvi surətdə şikayət etdiyi tibb müəssisələrindən biri də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutudur. 

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ölkədə travmatoloji və ortopedik xəstələrə yardım göstərən teganə tibb müəssisə olduğuna görə bura müraciət edən pasientlərin sayı-hesabı yoxdur. 

Səkkiz kliniki şöbədən və altı laboratoriyadan ibarət olan institutda vətəndaşlardan hər addımda rüşvət alınır. 

Qlobal.az xəbər verir ki, "İnterPosta.info"nun institutda olan əməkdaşı burada rüşvətin açıq-aşkar alındığının canlı şahidi olub. 

Məsələnin maraqlı tərəfi budur ki, hər bir şöbənin özünəməxsus "qiyməti" var. Adi arayış, iş delosu üçün müraciət edən insanlardan qəbul şöbəsində 2-5 manat arası pul alınır. Alınan pullara isə heç bir qəbz verilmir. 

Travmatologiya və Ortopediya İnstitutundakı digər acınacaqlı məqam isə dövlət tərəfindən hər il institutun inventarlarının yenilənməsinə yüz minlərlə vəsaitin ayrılmasına baxmayaraq, burada pasientlərin əyləşməsinə stulların olmamasıdır. İnstituta şəfa tapmağa gələn insanlar pilləkanlarda, yük arabalarının üstündə əyləşməyə məcbur edilir. 

İnstitutun həyətinə digər avtomobillərin girişi qadağan edilməsinə baxmayaraq, qapıçıya 2 manat ödəyən istənilən şəxs həyətdə maşın saxlaya bilir. Hətta burada vəziyyət o qədər xaotikdir ki, xəstələr maşın əlindən instituta girə bilmirlər. 

Qəbul otağında, koridorlarda, institutun həyətində içməli su yoxdur. Amma əvəzində institutun həyətində kafe fəaliyyət göstərir. İnstitut rəhbərliyinin yüksək qiymətə kirayə verdiyi kafe içəridə "soyulub" çıxan xəstələrin və xəstə yaxınlarının son qəpiyini də burada əllərindən alır.
 
Qlobal.Az
 

 

 

 

 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook