SON XƏBƏR

Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti oldu

Yanvar 28
13:47 2020
Bu gün AFFA İcraiyyyə Komitəsinin iclası keçirilib.
 
Qlobal.az xəbər verir ki, konfransda AFFA-nın yeni icraçı-vitse prezidenti də məlum olub. Bu, Elxan Məmmədovdu. Bu barədə Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib.
 
Rauf Əliyevlə Elşad Nəsirov isə vitse-prezident postlarında qalıb. AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə yeni vitse-prezident olub.
 
Elxan Məmmədov bundan əvvəl AFFA-da baş katib postunu tuturdu. O, bundan sonra da bu vəzifəni daşıyacaq. Yəni həm icraçı vitse-prezident, həm də baş katib kimi fəaliyyət göstərəcək.

Milli komandanın baş məşqçisi postuna isə təyinat olmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook