SON XƏBƏR

Elxan Məmmədovun qardaşı nazir olacaq?!

May 23
09:31 2020
Dünən verilən müvafiq fərmanla Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət Naziri vəzifəsindən azad edildi.

Sport7.az xəbər verir ki, boşalan posta AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun qardaşı Emin Məmmədov əsas namizəddi. Əldə etdiyimiz məlumata görə, Emin Məmmədovun nazir postuna təyin edilməsi yuxarı dairələrdə müzakirə olunur.

Emin Məmmədov 1970-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Bakıda yaşayır və işləyir. 2011-ci ildən Heydər Əliyev Fondunun, 2013-cü ildən isə Heydər Əliyev Mərkəzinin bədii müşaviridir. O, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Qrafika” şöbəsində dərs deyir. 2012-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. E. Məmmədov Azərbaycanda və Avropanın bir çox şəhərlərində keçirilmiş sərgilərə kuratorluq edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook