Emin Ağalarov: “İndi şirkətin gəlirləri sıfırdır, biz neyləyək?”
Aprel 09
16:36
2020
Rusiyalı iş adamı, Azərbaycanın Xalq artisti və "Crocus Group”un vitse-prezidenti Emin Ağalarov koronavirus şəraitində müflis olmaq riski barədə danışıb.
"Forbes” jurnalına müsahibə verən iş adamı Rusiyada şirkətə məxsus ticarət mərkəzlərinə ziyarətlərin min dəfə azaldığını söyləyib:"Biz işçilərimizin çoxunu evə buraxmışıq, bütün ticarət mərkəzlərini bağlamışıq. Amma bəzi ticarət mərkəzləri açıqdır ki, onlarda da ancaq aptek və bank açıq qalır. Fakt ondan ibartədir ki, icarə haqqı toplamırıq, obyektlərimiz bağlıdır, maaşları ödəyirik və vergi də veririk. Vergilərlə bağlı güzəştlərin olacağını deyirlər. Ən əsası heç kəs bizə kredit öhdəlikləri üzrə güzəştlərə getməyib”.
O, işçi ixtisarları aparmadıqlarını deyib: "Aydın məsələdir ki, vəziyyət 1 ay çəksə, ağır nəticə olmadan öhdəsindən gələ biləcəyik. Amma bu vəziyyət 6 ay çəksə... prezident də deyib ki, heç kəsi işdən çıxarmayaq, ixtisar etməyək. Aydındır ki, biz də ixtisarlara qarşıyıq amma əgər gəlirin yoxdursa, maaşı necə vermək olar? İndi şirkətin gəlirləri sıfırdır, biz neyləyək?”.