SON XƏBƏR

Ərdoğan bu tarixdə Azərbaycana gələcək

Fevral 17
15:16 2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfərə gələcək.

Bu barədə "Report” diplomatik mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbəti bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır. Həmin sənədlər arasında ticarət sahəsində əməkdaşlıqla bağlı müqavilə də var.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında da iştirak edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook