Ərdoğan final oyunlarını Bakıda izləyəcək - "Əliyev məni Bakıya dəvət etdi"
Dekabr 16
10:20
2019
"AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcəyəm”.
O, Türkiyə futbolu ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu matçları birlikdə seyr etməyi düşünür: "Bu oyunlarla bağlı İlham Əliyev qardaşımla da söhbətimiz olub. O, bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq”.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin qrup oyunları gələn il iyunun 12-də start götürəcək.
Oyunlar Mərkəzi Avropa vaxtı ilə saat 15:00, 18:00 və 21:00-da başlayacaq. Yarış zamanı Bakı vaxtı ilə Mərkəzi Avropa vaxtı arasında indiki kimi 3 deyil, 2 saat fərqi olacaq. Bu isə o deməkdir ki, qrup mərhələsinin matçları start fiti 17:00, 20:00 və 23:00-da veriləcək.
APA.Az