SON XƏBƏR

Ərdoğan: “Pilot mənə dedi ki...” – Video

İyul 22
11:24 2016
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Röyter”ə müsahibə verib.
 
Qlobal.az Axar.az-a istinadən xəbər verir ki, prezident 15 iyulda dövlət çevrilişinə cəhd baş verərkən yaşadıqları ilə bağlı daha bir neçə məqama aydınlıq gətirib. O deyib ki, qiyam baş verərkən tətildə olub:
 
"4-5 günlük tətil üçün Mərmərəyə getmişdik. Ailəm, kürəkənimlə birlikdə. Saat 04:04-də qayınım zəng etdi. Telefonda dedi ki, İstanbulda problemlər var, Bəylərbəyi sarayında əsgərlər yolu kəsib, körpüyə keçməyə qoymurlar. Bu xəbəri eşidəndə, açığı, inanmadım. Dərhal MİT rəhbərini axtardım, amma əlaqə saxlaya bilmədim. Baş Qərargah rəisini axtardım, əlaqə saxlaya bilmədim. Çünki telefonlara cavab verə bilmirdilər. Çox çətinliklə baş nazirlə əlaqə saxlaya bildik. Saat 8-də olduğumuz yerdə hadisələrin gedişatı barədə müzakirə apardıq. İlk işim televiziyaları olduğum yerə dəvət etmək oldu. İlk açıqlamanı onlara verdim. Ancaq mənim açıqlamam həmin anda televiziyalarda yayımlanmadı. Sonra mobil telefonla canlı yayıma girməyə qərar verdik.
 
Çıxışımda xalqın gücünün əhəmiyyətli olduğunu vurğuladım. Belə çevrilişin uğurlu olmayacağını deyərək, xalqı meydanlara dəvət etdim. Bir tərəfdən də xalqın münasibətini öyrənməyə çalışırdım. Gördüm ki, xalq meydanlara, aeroporta axışır. Mən də bundan sonra oradan çıxmaq haqqında düşündüm. Əvvəlcə helikiopterlə Dalaman Hava Limanına getdik. Oradan da təyyarə ilə havaya qalxdıq. Öncə hara gedəcəyimizi bilmirdik. Bu, Ankara da ola bilərdi, İstanbul da. İstanbulda qüllənin işğal olunduğunu, aerodromun işıqlarının söndürüldüyünü öyrəndim. Pilotdan "nə qədər yanacaq var” soruşdum. Dedi ki, 3-4 saatlıq bəs edər. Dedim, bu vəziyyətdə hava limanına enə bilərsənmi? Dedi ki, enərəm, amma sizi təhlükəyə ata bilmərəm.
 
İstanbul Polis İdarəsi ilə tez-tez əlaqə saxlayırdım. Mənə dedilər ki, çox qısa müddətdə aeroportun qülləsini təmizləyəcəyik. Belə də oldu. Aeroport işçiləri elektriki bərpa etdikdən sonra endik. Bu vaxt F-16 qırıcıları çox alçaqdan uçurdular. Həmin gün günortaya qədər hava limanında qaldıq. Vəziyyətin bir qədər normallaşmağını gözlədik. Baş Qərargah rəisi girov götürüldüyündən onun səlahiyyətinin müvəqqəti icrasını 1-ci Ordu Komandanına verdik. Daha sonra Akınçı hərbi bazasının azad edilməsinə çalışdıq. Çünki girov götürülən bütün rəsmi şəxslər ora aparılırdı. Orada aerodrom bombalandıqdan sonra qırıcı təyyarələr havaya qalxa bilmədi. Yalnız helikopterlər havaya qalxa bilirdi. 12 saatdan sonra nəzarəti əlimizə tam aldıq və bir az rahat olduq”.
 
Ərdoğan dövlət çevrilişinə cəhd hadisəsinin baş verməsində MİT-in xeyli qüsurları, zəif nöqtələri olduğunu deyib:
 
"Kəşfiyyat təşkilatları dünyada hər şeyə sahib deyil. Çox təəssüf ki, bu hadisədə də kəşfiyyatın zəifliyinin olduğu ortadadır. Bunu gizlətməyin bir mənası yoxdur. MİT müşavirinə də dedim. Mən bu xəbəri qayınımdan eşidənə qədər heç kimdən səs çıxmamışdı”.
 
Prezident jurnalistin "bəzi media orqanları çevrilişin məhz sizin tərəfinizdən hazırlandığını iddia edir” sualına belə cavab verib:
 
"Bu, çox böyük tərbiyəsizlikdir. Belə bir şeyin olması mümkünmü? Yəni kimsə "11 Sentyabr hadisəsini ABŞ törətdi” deyirmi? Yaxud Fransadakı son hadisəni "Olland hakimiyyəti etdi” deyirmi? Bunu heç kim demir”.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook