SON XƏBƏR

Ərdoğan: "Şuşada Azərbaycanla Türkiyə arasında əhatəli müqavilə imzalanacaq"

İyun 11
15:57 2021
"Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, İ.Əliyevlə Şuşada böyük miqyaslı müqavilə imazalanacaq: "Bu, Türkiyə ilə Azərbaycan arasında ən böyük müqavilələrdən biri olacaq”.

Türkiyə Prezidenti NATO sammitində və Azərbaycana səfəri zamanı Ermənistanın mina xəritələrini verməməsilə bağlı məsələni gündəmə gətirəcəyini bildirib. R.T.Ərdoğn bu problemin həllinin tapılması üçün Türkiyənin müvafiq dəstək verəcəyini də vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook