SON XƏBƏR

Ərdoğan Trampa təşəkkür məktubu göndərdi

Noyabr 11
10:44 2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.
 
"Anadolu” agentliyi xəbər verir ki, bu barədə Prezident Administrasiyası açıqlama yayıb.
 
Məlumata görə, Ərdoğan Trampa göndərdiyi məktubda seçkilərin "ABŞ-ın dost və müttəfiq xalqı üçün faydalı olmasını” arzulayıb.
 
"Rəsmi seçki nəticələrinin hansı formada təzahür edəcəyinə baxmayaraq, son dörd illik prezidentlik fəaliyyətinizdə Türkiyə-ABŞ münasibətlərinin ortaq maraqlar və dəyərlərinin inkişafında ortaya qoyduğunuz səmimi və qərarlı görkəm üçün təşəkkür edirəm. Ölkələrimiz arasındakı tarixi dostluq, tərəfdaşlıq və müttəfiq əlaqələrinin bu güclü zəmin üzərində daha da davam etdirilməsi qarşılıqlı maraqlarımızın bir tələbi olub, önümüzdəki dövrdə də Türkiyə olaraq bu istiqamətdə hər cür səy göstərəcəyimizdən əmin olmağınızı istərdim. Bu münasibətlə hər zamankı isti dostluğunuz üçün bir daha səmimi qəlbdən təşəkkür edirəm, Amerika Birləşmiş Ştatları xalqına sülh və rifah üçün ən səmimi istəklərimi çatdırıram”, - məktubda belə deyilir.

APA 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook