SON XƏBƏR

Ərdoğan: "Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək"

Yanvar 16
21:07 2021
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında deyib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook