SON XƏBƏR

Ərdoğan və Putin İdlib barədə razılığa gəldi: Bu gecədən atəşkəs elan olunacaq

Mart 06
00:17 2020
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Moskvada keçirilən görüşdə İdlib probleminə dair razılıq əldə olunub.​

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya XİN başçısı Sergey Lavrov birdə açıqlama verib.

Razılığa əsasən, İdlibdə təmas xətti boyunca hərbi əməliyyatlarda 6 mart 2020-ci il tarixindən etibarən dayandırılacaq.

Bundan əlavə, avtomobil yolunun şimalında 6 kilometr və cənubunda 6 kilometr təhlükəsizlik kooridoru təsis olunacaq. Bu koridorun yaradılması yolları Türkiyə və Rusiya Müdafiə nazirlikləri tərəfindən 7 gün ərzində müəyyənləşdiriləcək.

Həmçinin Türkiyə-Rusiya ortaq qarovul birlikləri 15 mart 2020-ci il tarixində M4 avtomobil yolunun​ Trumbadan (Serakibin 2 kilometr qərbi) Ain-Əl-Havra qədərki hissəsi boyunca xidmətə başlayacaq.

Qeyd edək ki, bu gün Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Kremldə keçirilən görüş 6 saatdan çox davam edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook