SON XƏBƏR

Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi... - VİDEO

Aprel 18
12:48 2019
İrəvanda dörd günlük Aprel savaşında iştirak etmiş işğalçı erməni hərbçilərinə həsr olunmuş  animasiya filmi təqdim edilib.

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, "Eagle eye Armenia”, "Shedu ComicS” şirkətlərinin "Tv9” ilə birgə hazırladığı cizgi filmində, xüsusən, "116-cı baza” deyilən yerdəki ermənilərin "qəhrəmanlıq” hekayəti əks olunur. "116-cı baza” kapitan Armenak Urfanyan və onun əsgərlərinin mühafizəsi altında olub.

Xatırladaq ki, ermənilər Aprel savaşı haqda "Cənnət qapısı” adlı bədii film də çəkib. 

P.S. Bizim isə hələ daxildəki, xaricdəki malikanə və villalarımıza, Aygün Kazımovalara, Röyalara, Rəqsanələrə, Faiqlərə, Samiraldolara, Toliklərə, Xoşqədəmlərə, Zaurlara, bayağı məişət seriallarına və s.  "vacib məsələ"lərə xərcləməkdən  pulumuz qalmayıb...

Sultan Laçın
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook