SON XƏBƏR

Ermənilərə etiraz edən azərbaycanlı qadın həbsdədir - Azadlığı üçün 100 milyon lazımdır

Avqust 03
16:47 2020
İyulun 16-da Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan Respublikasına dəstək aksiyası keçirilib. Aksiyada həbs edilən milli fəal Həkimə Əhmədi hələ də İran Silahlı Qüvvələrinin (SEPAH) Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılır.

HİT.Az xəbər verir ki, İran İnqilab məhkəməsindən milli fəalın ailəsinə onun azad edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduqları bildirilib. Müstəntiqin dediyinə əsasən, Həkimə Əhmədinin müvəqqəti azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülki vəsiqə tələb olunub.

Qeyd edək ki, Ermənistan ordusunun Tovuz istiqamətində Azərbaycanın mövqelərinə qarşı həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər. İranın təhlükəsizlik orqanları aksiyaların keçirilməsinə mane olmağa çalışaraq, bundan əvvəl və sonra kütləvi həbslərə başlayıb.

İyulun 16-da Təbriz şəhərində keçirilən aksiyada saxlanılanlardan bu günə kimi Məqsud Fəzli Çimənzəmin, Rəhim Sasani, Sədullah Sasani və Yasəmin Zəfəri müvəqqəti azadlığa buraxılıblar. Fəalların işinə Təbriz İnqilab məhkəməsində baxılır. Son məlumata görə, artıq 19 fəala cinayət işi açılıb. Onlar "milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və "ictimai asayişi pozmaq” kimi əsassız ittihamlarla üzləşiblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook