SON XƏBƏR

Ermənilərin proqnozu: Azərbaycan Zəngəzuru bu unikal yolla alacaq

Mart 03
13:23 2021
"Azərbaycan Süniki (Zəngəzur) güc yolu ilə yox, iqtisadi yolla ələ alacaq".

Qaynarinfo xəbər verir ki, bu fikirləri jurnalsit Asif Nərimanlı ermənilərin Zəngəzurun Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib və onların dediklərinin bu ardıcıllıqla reallaşacağını qeyd edib: 

"Əvvəl nəqliyyat-kommunikasiya əlaqələri qurulacaq, Azərbaycan və türk avtomobilləri yollardan və dayanacaqlardan istifadə edəcəklər;

- Camaat buna öyrəşəcək, onlar yol və yolkənarı infrastrukturun yaxşılaşdırılması ilə məşğul olacaqlar;

- Siyasətçilər çəkiləcək yolların strateji əhəmiyyətindən bəhs edəcəklər, insanlar türklərə və azərbaycanlılara qonşu kimi yanaşacaq;

- Sonra yolların keçdiyi ərazilərə infrastukturun müasirləşdirilməsi üçün Azərbaycan-Türkiyə investisiyası qoyulacaq;

- Yükboşaltma məntəqələri, mehmanxanalar və ucuz türk mallarının satıldığı topdansatış mərkəzləri açılacaq;

- Türkiyədən Azərbaycana gedən mallar çoxaldıqca bölgədə əlavə anbarlar açılacaq;

- Camaat Türkiyə və Azərbaycanın heç də pis olmadığına alışacaq, bu mərhələ normal həyata keçəcəksə, bölgədə biznesə pul qoymağa başlayacaqlar;

- Kapital Azərbaycan və Türkiyənin olacaq, onlar sahib, ermənilər xidmət edən olacaq;

- Ardınca türklərin özü gələcək, tədricən Sünik şəhərlərində azərbaycanlıların sayı artacaq;

- İqtisadi əlaqələr genişləndikcə, Azərbaycan və Türkiyə pasportu bölgəyə ayaq açacaq, bu pasportları daşıyanlara əlavə güzəştlər ediləcək;

- Türklərin sayı (Azərbaycan və Türkiyəni birlikdə götürürlər) əhalinin 20-30 faizinə çatanda onların və türk investorların maraqlarını müdafiə edən məmurların administrasiyaya ayaq açması qaçılmaz olacaq;

- Beləliklə, Sünik Azərbaycan bölgəsi, yaxud Bakı və Ankaranın təsirində olan əraziyə çevriləcək.

Zəngəzura qayıdışın ən unikal yolu da budur...”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook