SON XƏBƏR

Ermənistan qarışdı: Paşinyan Baş Qərargah rəisini istefaya göndərdi

Fevral 25
12:51 2021
Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.

Bu barədə TASS məlumat yayıb.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib. Baş nazir isə Baş Qərargahın bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

"Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə Paşinyan "Facebook"da yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook