Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı açıqlandı
Aprel 20
11:23
2021
Azərbaycanın işğaldan azad edilən ərazilərində dünən aparılan axtarışların gedişatında ikinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha bir erməni hərbçinin meyiti aşkarlanıb.
Bu barədə "Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, erməni hərbçinin meyiti Cəbrayıl rayonunda aşkarlanıb.
Beləliklə, Qarabağda hərbi əməliyyatların dayandırılmasından sonra meyiti aşkarlanan erməni hərbçilərin ümumi sayı 1 544 nəfərə çatıb.